Vekil Aslan İsmayılov saxlanılıb
17 May 2013 Cümə 19:04
İdarənin qarşısında polis əməkdaşları Vekil Aslan İsmayılov saxlanaraq Nərimanov Rayon Polis İdarəsinə aparıblar.
Vəkil Aslan İsmayılov polis tərəfindən saxlanılıb. Bu barədə APA-ya hüquqşünas Səbuhi Axundov məlumat verib. Onun sözlərinə görə, A. İsmayılov bu gün müdafiə etdiyi Rəşad Ramazanovla görüşmək üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gedib. İdarənin qarşısında polis əməkdaşları onu saxlayaraq Nərimanov Rayon Polis İdarəsinə aparıblar.
S. Axundov qeyd edib ki, A. İsmayılovun saxlanılmasının səbəbləri açıqlanmır. Nərimanov Rayon Polis İdarəsindən APA-ya faktı nə təsdiq, nə təkzib ediblər.
DOSTLARINLA PAYLAŞ: