Serhedde gerginlik
28 May 2013 Çərşənbə Axşamı 12:35
Vulkan püskürməsi təhlükəsi ilə əlaqədar Çili-Argentina sərhəd zonasında sakinlərin evakuasiyasına başlanılıb
Çilinin Argentina ilə sərhədində «Kopahue» vulkanının püskürmə təhlükəsi ilə bağlı «qırmızı xəbərdarlıq» elan edilib. Qonşu Argentinada da analoji xəbərdarlıq edilib. Çilinin Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin məlumatına görə, vulkana yaxın Alto Biobio ərazisində məskunlaşan 3000-ə yaxın adamın evakuasiyasına göstəriş verilib. Evakuasiya 48 saat içərisində başa çatdırılmalıdır.

Qeyd edək ki, «Kopahue» vulkanında ötən ilin dekabrından aktivlik müşahidə edilir və hazırda bu aktivliyin ən yüksək həddə çatdığı bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar