Şekinin en yaxşı 10 natiqi seçildi
26 May 2013 Bazar 23:46
Şəki Regional Debat Mərkəzi tərəfindən “28 May” Respublika gününə həsr olunan.
Şəki Şəhər Gənclər və İdman İdarəsi ilə Şəki Tibb Kollecinin dəstəyi, Şəki Tibb Kolleci Debat Klubunun təşkilatçılığı ilə Şəki Regional Debat Mərkəzi tərəfindən “28 May” Respublika gününə həsr olunan “Şəki Gənclər Debat Turniri – Yaz 2013” keçirilib. Final mərhələsində Şəki Tibb Kolleci Debat Klubunun “Sərbəst” komandası ilə “Gənclik” komandası qarşılaşıb. Nəticə olaraq “Sərbəst” komandası turnirin qalibi olub. Turnirin rəsmi bağlanış mərasimində qaliblərə, ən yaxşı 10 natiqə, hakimlərə və turnirin təşkilatçılarına “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) şəhadətnamələri təqdim olunub. Bu turnir şimal-qərb regionunda ilk dəfə məhz Şəkidə orta ixtisas təhsil müəssisəsinin debat klubu tərəfindən təşkil olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar