Ölkə

Şekide polisler qol güleşdirdi

Yarışda DİN, FHN, Daxili Qoşunların və Sərhəd Qoşunlarının 100-dən çox əməkdaşı iştirak edib.

· Xəbərçi
Şekide polisler qol güleşdirdi
Azərbaycan qol güləşi federasiyasının Şəki nümayəndəliyi bu idman növü üzrə hüquq mühafizə orqanları arasında rayon birinciliyi keçirib. Kanal S xəbər verir ki, 28 May - Respublika Gününə həsr olunmuş birgünlük yarışda Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili Qoşunların və Sərhəd Qoşunlarının 100-dən çox əməkdaşı iştirak edib.

5 çəki dərəcəsində keçirilmiş turnirin qalibi adını Etibar Kərimov (FHN), Şəhriyar Orucov (FHN), Nəsimi Əliyev (SQ) Vasif Həbibullayev (DQ) və Rüfət Səlimov (DQ) qazanıblar. Komanda hesabında sərhədçilər qalib gəliblər.

Şərhlər