Sabah Sabunçu rayonunun su təminatında fasilələr olacaq. Azərsu ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsi 3 ünvanında yerləşən nasos stansiyasında aparılacaq yenidənqurma işləri ilə əlaqədar mayın 17-də Sabunçu qəsəbəsinin E.Mehdiyev, C.Şərifov, Natəvan, Sərdarov, M.Aydınbəyov, Y.Qasımov, Xanlar, S.Əfəndiyev, Q.Musabəyov, A.Əsədullayev küçələrinə içməli suyun verilməsi 24 saat müddətinə dayandırılacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.
Sabunçuda su olmayacaq
Ərazidəki nasos stansiyasında təmir işləri aparılır.




Şərhlər