Ramil Usubov tövsiyələri ilə bölüşüb
02 Avqust 2012 Cümə Axşamı 12:23
Nazir Ramil Usubov daxili qoşunların Ali Hərbi məktəbində daxili qoşunların orta ixtisas hərbi məktəbinin üçüncü mərhələ məzunlarının buraxılış mərasimində iştirak edib.
Bu gün Daxili İşlər Nazirliyinin daxili qoşunlarının Ali Hərbi məktəbində daxili qoşunların orta ixtisas hərbi məktəbinin üçüncü mərhələ məzunlarının buraxılış mərasimi keçirilib.

AzərTAc xəbər verir ki, mərasimdə daxili işlər naziri general-polkovnik Ramil Usubov və məzunların valideynləri iştirak ediblər. Ramil Usubov mərasimdə çıxış edərək şəxsi heyəti təbrik etmiş və tövsiyələrini çatdırıb.

Məzunlara diplomlar təqdim olunub. Şəxsi heyət hərbi marşın sədaları altında təntənəli keçidlə tribunanın önündən keçib. “Bakı-Ankara qardaşlıq marşı” ifa edilib. Tədbir bədii hissə ilə davam edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar