Qusara leysan yağış yağdı
28 May 2013 Çərşənbə Axşamı 05:04
Rayonda bir neçə fərdi yaşayış evinin zirzəmisi və həyətyanı sahəsi su ilə dolub.
Qusarda leysan xarakterli yağışlar bir neçə fərdi yaşayış evinə zərər vurub. Bu barədə ANS PRESS Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.

Məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qusar rayonu ərazisində hava şəraiti kəskin dəyişib, leysan xarakterli yağışlar yağıb.

Nəticədə, Qusar şəhərində bir neçə fərdi yaşayış evinin zirzəmisi və həyətyanı sahəsi su ilə dolub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, su nasoslarından istifadə edilərək evlər və həyətyanı sahələr yağış sularından təmizlənib.

Əməliyyat saat 22:23-də başa çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar