Prezident kardioloqları salamladı
17 May 2013 Cümə 18:49
İlham Əliyev Bakıda keçirilən “Bakı Ürək Günləri” III Beynəlxalq Konqresinin iştirakçılarına müraciət edib.
Prezident İlham Əliyev Bakıda keçirilən “Bakı Ürək Günləri” III Beynəlxalq Konqresinin iştirakçılarına müraciət edib. Dövlət başçısı “Bakı Ürək Günləri” III Beynəlxalq Konqresinin iştirakçılarını Bakı şəhərində salamlayıb.

"Əminəm ki, kardiologiyanın və ürək-damar cərrahiyyəsinin aktual problemlərinin müzakirəsi ölkəmizdə təbabətin inkişafına öz töhfəsini verəcək.
Bu beynəlxalq konqres artıq ənənəvi şəkil alıb. Builki konqresin xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunması dərin rəmzi məna daşıyır. Heydər Əliyev ölkəmizdə səhiyyə sisteminin daim təkmilləşdirilməsi və ən yeni standartlara uyğun qurulması sahəsində müstəsna xidmətlər göstərib.
Bu istiqamətdə aparılmış işlərin davamı olaraq respublikamızda səhiyyənin inkişafı bu gün də dövlətimizin sosial yönümlü siyasətinin prioritet istiqamətlərindəndir. Hazırda Azərbaycanın müxtəlif regionlarında müasir diaqnostika mərkəzləri və müxtəlif şəfa ocaqları istifadəyə verilmiş, mövcud klinikalar əsaslı təmir olunaraq qabaqcıl texnologiyalara əsaslanan tibbi avadanlıqlarla təchiz edilmişdir. Gerçəkləşdirilən proqramlarda ürək-damar xəstəliklərinin müalicəsi və bu sahədə yüksək ixtisaslı gənc kadrların hazırlığı xüsusi yer tutur.
Ümidvaram ki, böyük elmi və elmi-praktiki əhəmiyyətə malik bu konqres azərbaycanlı mütəxəssislərin öz xarici həmkarları ilə əlaqələrini daha da möhkəmləndirəcək və ümumilikdə tibb elminin inkişafına xidmət edəcək".


DOSTLARINLA PAYLAŞ:

oyunlar