Ölkə

Prezident İlham Əliyev Sahil qəsəbəsində salınacaq yeni parkın ərazisinə baxıb

İlham Əliyev iyulun 10-da Qaradağ rayonunda yeni “Holcim-Azərbaycan” sement zavodunun açılış mərasimindən sonra Sahil qəsəbəsindəki çoxmərtəbəli yaşayış binalarının abadlaşdırılması işləri ilə tanış olub.

· Xəbərçi
Prezident İlham Əliyev Sahil qəsəbəsində salınacaq yeni parkın ərazisinə baxıb
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov görülən və həyata keçiriləcək işlərlə bağlı dövlətimizin başçısına məlumat verib. Bildirildi ki, qəsəbədəki yaşayış binalarının fasadları tamamilə yenidən qurulur, onların xarici görkəmi ən müasir qaydada təzələnir. Prezident İlham Əliyev təmir və yenidənqurma işlərinin keyfiyyəti ilə maraqlanıb.
Burada salınacaq yeni parkla bağlı da dövlətimizin başçısına məlumat verilib. Sahəsi 6 hektar olacaq yeni parkda qəsəbə sakinlərinin istirahəti üçün hər cür şəraitin yaradılacağı qeyd olunub, burada müxtəlif bəzək və gül kollarının əkiləcəyi, yeni yaşıllıq zolaqlarının salınacağı, müasir işıqlandırma sisteminin quraşdırılacağı bildirilib.

Görülən işlərlə tanışlıqdan sonra prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

Şərhlər