Ölkə

Nüsrət Kəsəmənlinin oğlu azadlıqda

O, 15 il əvvəl qeyri-rəsmi nikahda yaşadığı qadını qətlə yetirməkdə ittiham olunduğu üçün həbs olunmuşdu.

· Xəbərçi
Nüsrət Kəsəmənlinin oğlu azadlıqda
Mərhum şair Nüsrət Kəsəmənlinin həbsdə olan oğlu azadlığa çıxıb. “Qafqazinfo” xəbər verir ki, şairin həbsdə olan oğlu Araz Kəsəmənli təxminən 1 ay öncə azadlığa buraxılıb.

Məlumatı “Qafqazinfo”ya A. Kəsəmənlinin qardaşı Rəşad Kəsəmənli də təsdiqləyib. Onun sözlərinə görə, qardaşı Arazın cəzasının bitməsinə 4 ay qalsa da, azadlığa buraxılıb: “Bu qanunvericiliyə uyğun həyata keçirilib”.

Qeyd edək ki, Araz Kəsəmənli 1998-ci ildə qeyri-rəsmi nikahda yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq həbs olunub.

Şərhlər