Naxçıvan - Bakı aviareysi yubanır
27 May 2013 Bazar Ertəsi 08:43
Buna səbəb Naxçıvanda əlverişsiz hava şəraiti olmasıdır.
Əlverişsiz hava şəraiti ilə əlaqədar Bakı-Naxçıvan 3 aviareysinin reallaşması yubanır. Bu barədə bazar ertəsi Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib. Təyyarələr cədvələ uyğun olaraq bazar günü yerli vaxtla saat 19:00-da, 21:00-da və 23:55-də uçmalı idi. Müvafiq olaraq Naxçıvandan Bakıya saat 22:00-da və 23:55 nəzərdə tutulmuş aviareyslərdə yubanıb.

"Aviareyslərin yubanmasına səbəb Naxçıvanda əlverişsiz hava şəraiti olmasıdır",- deyə hava limanından bildirilib.

Aviareyslərin dəqiq uçuş vaxtı hələ də təyin olunmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar