Mikayıl Cabbarov jurnalistlere seslendi
26 Aprel 2013 Cümə 15:23
Yeni nazir Mikayıl Cabbarov və rəhbərlik etdiyi qurum KİV-lə daha səmərəli münasibətlərin qurmaq üçün siyasət formalaşdırır.
Təhsil Nazirliyi KİV-lə daha səmərəli münasibətlərin qurulması üçün yeni siyasət formalaşdırır. Təhsil Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu siyasət nazirliyin media ilə əlaqələrinin daha açıq, şəffaf və operativ qurulmasına xidmət edəcək.

"Bütün bunlar Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı dəqiq və dolğun məlumatların mətbuatda dərc olunması, media ilə əməkdaşlığın yaradılması imkanlarını artıracaq. Odur ki, media təmsilçilərindən yeni əməkdaşlıq siyasəti formalaşdırılana qədər Təhsil Nazirliyinə edilən müraciətlərin yazılı olaraq göndərilməsi xahiş olunur.

Eyni zamanda bildiririk ki, KİV-dən daxil olan bütün müraciətlər həftənin şənbə və bazar günləri istisna olmaqla, Təhsil Nazirliyinə daxil olduğu müddətdən 24-48 saat ərzində araşdırılıb cavablandırılacaq.

Müraciətlər Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin [email protected] elektron poçt ünvanına və ya 012-496-37-76 nömrəli faksına göndərilə bilər".


DOSTLARINLA PAYLAŞ:

oyunlar