Mehriban Əliyeva Türk mədəniyyətinin hamisi adına layiq görülüb
21 Fevral 2013 Cümə Axşamı 14:12
Təhsil və siyasət üzrə keçirilən sorğuda respondentlərdən türk dövlətləri arasında inteqrasiya prosesinə münasibət bildirmələri də istənilib.
“Türküstan” qəzetinin təşəbbüsü və 20-yə yaxın təşkilatın dəstəyi ilə keçirilən “Türk dünyasına xidmət – 2012” rəy sorğusunun nəticələri açıqlanıb.
Trend-in Azərbaycanın birinci xanımının rəsmi saytına istinadən verdiyi məlumata görə, "Türküstan" qəzetinin baş redaktoru, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib ki, 3 kateqoriya - mədəniyyət, təhsil və siyasət üzrə keçirilən sorğuda respondentlərdən türk dövlətləri arasında inteqrasiya prosesinə münasibət bildirmələri də istənilib.
Sorğuya ümumilikdə 37 525 respondent qatılıb. Orada 3 nominasiya üzrə 60-a yaxın şəxs və qurumların adları respondentlər tərəfindən qeyd olunub. Bunların içərisində türk dünyasının tanınmış siyasət, elm, mədəniyyət xadimləri, millət vəkilləri, sənətçilər, jurnalistlər də var.
Sorğunun birinci nominasiyası - türk mədəniyyətinin qorunmasında və təbliğində xidmətinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva "Türk mədəniyyətinin hamisi" adına layiq görülüb.
DOSTLARINLA PAYLAŞ: