Kürdemirde nümayişçilerin telebi yerine yetirildi
01 Avqust 2013 Cümə Axşamı 15:29
Hazırda problem aradan qaldırılıb. İcarə haqları əvvəlki səviyyəsinə salınıb və deputat Fərhad Qəribov rayona dəvət edilib.
Bu gün Kürdəmir mərkəzi bazarında 300-dən çox adam icarə haqlarının qaldırılmasına etiraz olaraq aksiya keçirib, rayondan keçən avtomobil yolunu bağlayıb. Bu barədə Turan-a Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzinin rəhbəri Lətafət Məlikova bildirib.

Hüquq müdafiəçisinin dediklərinə görə, icarə haqlarının qaldırılması bazar sahiblərinin qərarıdır. Bazar Milli Məclisin deputatı Fərhad Qəribovun oğluna məxsusdur, amma atası idarə edir.

Etirazçıların sakitləşdirilməsinə polis və yerli İcra Hakimiyyətinin nümayəndələri cəlb olunub. Bazarı idarə edənlərlə icarədarlar arasında qarşıdurma olub. Bu zaman bir neçə nəfər xəsarət alıb.

“Qarşıdurmada mən də xəsarət almışam. Qolum əzilib və telefonum sındırılıb. Mənə qarşı bazarı idarə edənlərdən Sarvan adlı şəxs güc tətbiq etdi və telefonumu sındırdı”, - deyə hüquq müdafiəçisi qeyd edib.

Hazırda problem aradan qaldırılıb. İcarə haqları əvvəlki səviyyəsinə salınıb və deputat Fərhad Qəribov rayona dəvət edilib.

Etirazçıları polis rəisi qəbul edib, onlar dinlənilib və qiymətlər bundan sonra aşağı salınıb.

3 nəfər saxlanılıb. Saxlananlardan ikisi etirazçı, digəri isə İnsan Hüquqları və Maarifləndirmə Mərkəzinin rəhbəri Lətafət Məlikovanın müavini Baba Mikayılovdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar