Korrupsiya cinayətlərinə yol verən üç nəfər prokurorluq əməkdaşı həbs edilib
18 İyul 2012 Çərşənbə 11:39
Azərbaycanda korrupsiya cinayətlərinə yol verən üç nəfər prokurorluq əməkdaşı həbs edilib.
APA-nın məlumatına görə, bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib. O, qeyd edib ki, prokurorluq orqanlarında korrupsiya ilə bağlı cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması, prokuror və müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol vermiş şəxslərin müəyyən edilməsi sahəsində də idarənin daxili təhlükəsizlik xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Belə ki, icraatda olan konkret cinayət işləri üzrə ayrı-ayrı vətəndaşları cinayət məsuliyyətindən azad etmək üçün onlardan rüşvət aldıqlarına görə Fizuli rayon prokuroru əvəzi, Daşkəsən rayon prokurorunun köməkçisi, Gəncə şəhər prokurorluğunun sabiq müstəntiqi barəsində idarədə aparılmış araşdırmalar üzrə cinayət işi başlanıb, həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
DOSTLARINLA PAYLAŞ: