Kemaleddin Heyderov Lenkerana gedir
29 May 2013 Çərşənbə 16:14
Fövqelade hallar naziri Kemaleddin Heyderov cenub bölgesinin ehalisi ile görüşecek.
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov mayın 31-i saat 10:00-dan Lənkəran şəhərində vətəndaşları qəbul edəcək. ANS PRESS-in FHN-ə istinadən verdiyi məlumata görə, qəbulda Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarının sakinləri, habelə həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Məlumatda bildirilir ki, qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin inzibati binasında (ünvan: Lənkəran şəhəri, Lənkəran-Astara şosesi, Digah kəndi) bu gün saat 14:00-dan başlayıb. Vətəndaşlar qəbula gələrkən şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar