İsgender Hemidov: Üstüme tapança çekdiler
29 May 2013 Çərşənbə 19:57
İsgender Hemidov: Mitinqdəki çıxışımın kasetini qoydular, baxdıq.
Bu gün saat 15 radələrində özlərini polis kimi təqdim edən şəxslər tərəfindən Nərimanov rayonunda yerləşən Montin bağında saxlanılan sabiq daxili işlər naziri İsgəndər Həmidov artıq sərbəs buraxılıb. Bu barədə musavat.com-a məlumatı hadisə vaxtı İsgəndər Həmidovu müşayiət edən Eldar Tağıyev verib.

E.Tağıyev bildirib ki, saat 18.20-də İ.Həmidov ona zəng edib və artıq sərbəst buraxıldığını bildirib. Sabiq nazir saxlandığı yerə, yəni Montin bağına aparıldığını bildirib və tərəfdarları xəbəri olan kimi həmin məkana yola düşüblər.

E.Tağıyev xəbər verib ki, İsgəndər Həmidov sərbəst buraxıldıqdan sonra Müsavat Partiyasının qərargahına gedib və orada İctimai Palatanın Koordinasiya Şurasının üzvləri ilə görüşüb. O, saxlanılmasının və sonra baş verən hadisələrin təfərrüatını danışıb.

İsgəndər Həmidov deyib: "Məni zorakılıqla maşına mindirdilər, kobudluqla apardılar. Üstümə tapança çəkdilər. Gözlərimə qara lent bağladılar, hara aparıldığımı bilmədim. Lenti gözlərimdən bir də polis idarəsində açdılar. İdarədə mənə 28 May - Respublika Günü ilə bağlı Novxanıda keçirilən bayram mitinqində etdiyim çıxışla bağlı suallar verdilər. "Niyə o cür çıxış etmisən" dedilər. Mitinqdəki çıxışımın kasetini qoydular, baxdıq. Dedilər, bu cür sözlər deyərkən kimi nəzərdə tuturdun. Sonra məni hədələyərək bildirdilər ki, bir daha mitniqə getməyim, getsəm də danışmayım. Daha sonra protokol tərtib etdilər. İdarədən çıxaranda yenə gözlərimi bağladılar və mən hansı polis idarəsində, harada dindirildiyimi öyrənə bilmədim. Bu barədə mənə heç bir məlumat vermədilər".


DOSTLARINLA PAYLAŞ:

oyunlar