İsgender Hemidov serbest buraxıldı
29 May 2013 Çərşənbə 18:25
İsgender Hemidov serbest buraxıldı. Bu barede melumatı hadise vaxtı İsgender Hemidovu müşayiet eden şexs verib.
Bu gün saat 15 radələrində özlərini polis kimi təqdim edən şəxslər tərəfindən Nərimanov rayonunda yerləşən Montin bağında saxlanılan sabiq daxili işlər naziri İsgəndər Həmidov artıq sərbəst buraxılıb. Bu barədə musavat.com-a məlumatı hadisə vaxtı İsgəndər Həmidovu müşayiət edən Eldar Tağıyev verib.

E.Tağıyev bildirib ki, saat 18.20-də İ.Həmidov ona zəng edib və artıq sərbəst buraxıldığını bildirib. Sabiq nazir saxlandığı yerə, yəni Montin bağına aparıldığını bildirib və tərəfdarları xəbəri olan kimi həmin məkana yola düşüblər.

Əlavə məlumatlar olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar