İsa Qemberin müşaviri hebs olundu
29 May 2013 Çərşənbə 13:39
Ona 15 sutka həbs verilib.
Abşeron rayon Məhkəməsində Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli ilə bağlı məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, M. Hacıbəyli 15 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Mustafa Hacıbəyli mayın 28-də Novxanıda keçirilən mitinq zamanı saxlanılıb. Onun İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsini (xırda xuliqanlıq) pozduğu bildirilib.
DOSTLARINLA PAYLAŞ: