İlqar Mikayıloğlunun üzürü qəbul olundu
21 Fevral 2013 Cümə Axşamı 12:26
Hacıağa Nuri: Biz onun səmimiyyətinə inandıq, onun üzürü tərəfimizdən qəbul olundu.
Azərbaycan İslam Partiyasının keçmiş sədri Hacıağa Nuri ANS TV-nin əməkdaşı İlqar Mikayıloğlu ilə bağlı açıqlama verib. “Qafqazinfo”nun verdiyi məlumata görə, Hacıağa Nuri: "Biz İlqar Mikayıloğlunun səmimiyyətinə inandıq və onun üzürü tərəfimizdən qəbul olundu”- deyə bildirib.

Hacığa Nuri bildirib ki, hicab məsələsi aktual, eyni zamanda mühüm məsələdir: “ANS-nin jurnalisti İlqar Mikayıloğlu veriliş zamanı hicab geyinməyə yanlış yanaşmışdı. Biz də bu məsələ ilə bağlı QMİ-də toplantı keçirtdik. Şeyx cənabları bizə bildirdi ki, həmin televiziya jurnalistləri ilə görüşüb bu məsələni həll edəcəyik. Hicabın televizya ekranlarında təhqir olunmasına yol vermək olmaz. Sonradan İlqar Mikayıloğlu etdiyi səhvinə görə üzr istədi. O həmin ifadələri anlayışı olmadan deyib. Mahiyyətini dərk etməyib. Biz onun səmimiyyətinə inandıq. Onun üzürü tərəfimizdən qəbul olundu”.

Qeyd edək ki, bir müddət öncə ANS telekanalında yayımlanan "Günəbaxan" verilişində aparıcı İlqar Mikayıloğlu hicabla əlaqədar çıxış etmişdi. Dindarlar bunu hicabı təhqir kimi başa düşərək sərt münasibət göstəriblər. Ruhanilər, İslamçı jurnalistlər və sıravi dindarlar İlqar Mikayıloğlunun bu hərəkətinə görə tənbeh edilməsini, üzr istəməsini tələb ediblər. Xatırladaq ki, aparıcı ANS PRESS-ə müsahibəsində efirdə işlətdiyi ifadələrin hansısa dindar qardaş və bacıları qıcıqlandırıbsa, üzrlü saymalarını istəmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar