İlkin Rüstemzade 2 aylıq hebs olundu
17 May 2013 Cümə 17:17
İlkin Rüstemzade barəsində həbs-qətimkan tədbiri seçilib.
Bu gün gənc fəal İlkin Rüstəmzadə prokurorluğa çağırılıb. Bu barədə İ.Rüstəmzadənin dostları “Facebook” sosial şəbəkəsində yazıblar. Onlar qeyd ediblər ki, bu gün Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ifadə verən gənc fəalı təqsirləndirilən şəxs qismində Nəsimi məhkəməsinə aparıblar.

Vəkil Nemət Kərimlinin Musavat.com-a verdiyi məlumata görə, “Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadə barəsində həbs-qətimkan tədbiri seçilib.

Onun sözlərinə görə, İlkin Rüstəmzadə Cinayət Məcəlləsinin xuliqanlıq əməlini nəzərdə tutan 221.1.2 və 221.2.2 maddələri ilə təqsirləndirilən şəxs qismində bu dəqiqələrdə Nəsimi rayon məhkəməsinə aparılır. Onun barəsində iki aylıq həbs-qətimkan tədbirinin seçiləcəyi gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar