Ölkə

İlham Əliyev Su İdmanı Sarayının tikintisi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində Su İdmanı Sarayının tikintisi haqqında sərəncam imzalayıb.

· Xəbərçi
İlham Əliyev Su İdmanı Sarayının tikintisi haqqında sərəncam imzalayıb


APA-nın məlumatına görə, sərəncamda bildirilir ki, Bakı şəhəri ərazisində müasir standartlara cavab verən Su İdmanı Sarayının layihələndirilməsi və tikintisi üçün 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn digər məsələlərin həlli tapşırılıb.

Şərhlər