Ramiz Həsənov: İnanmıram ki, Azərbaycanda istehsal olan geni dəyişdirilmiş məhsullar olsun.
Ölkəyə idxal olunan məhsulların geninin dəyişidirilib dəyişdirilməməsi yoxlanılacaq. Bu barədə məlumat verən Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət komitəsinin sədri Ramiz Həsənov bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi ilə birgə yoxlamaların başlanıldığını deyib:
“Bizim laboratoriya artıq qurulub. Bu ən müasir laboratoriyadır. Normativ hüquqi bazası da hazırdır. Laboratoriyanın işçiləri xaricdə təlim keçib gəliblər. Mən inanmıram ki, Azərbaycanda istehsal olan geni dəyişdirilmiş məhsullar olsun. Bu əsasən Azərbaycana idxal olunan məhsullara aid olunacaq”.