Hafiz Hacıyev efir istedi
16 May 2013 Cümə Axşamı 15:36
Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev məmurların iç üzünü açıb göstərmək üçün İTV-yə müraciət göndərib.
Azərbaycanda prezident seçkisinə vaxt azaldıqca siyası arenada vəziyyət gərginləşir. Son günlər Milli Şuranın yaradılması, AXCP-nin xarici teleməkanından yayımlanan “Azərbaycan saatı” verilişi, Müsavat Partiyasının xaricdə açılan “Meydan” TV ilə əməkdaşlığa meyl göstərməsi Müasir Müsavat partiyasını sədri Hafiz Hacıyevi qəzəbləndirib. Bu arqumentlərə cavab vermək iddiasında olan Müasir Müsavat Partiyasnın sədri Hafiz Hacıyev İctimai Televiziyanın rəhbərliyinə müraciət edib.
Hafiz Hacıyev Modern.az-a deyib: “Heç bir siyasi perspektivi olmayan bir qrup siyasibazların prezident seçkisinə az bir zaman qaldığı ərəfədə müxtəlif ideyalarla ortaya atılmasını siyasi təxribat hesab edirəm. Cəmiyyətdə yanlış fikir formalaşdırmağa çalışan bəzi siyasi qüvvələrin, o cümlədən hakimiyyət daxilində olan bəzi və müxalifətlə separat danışıqlara gedən, müxalif qüvvələrə dəstək verən bəzi məmurların iç üzünü cəmiyyətə açıb göstərmək üçün İctimai Televiziyanın rəhbərliyinə müraciət edirəm ki, mənə şərait yaradıb, efir vaxtı versinlər, xalqa həqiqətləri çatdıra bilim”.
Müasir Müsavat Partiyasının televiziyada efir vaxtının verilməsi üçün müraciəti İTV rəhbərliyinə göndərilib.
DOSTLARINLA PAYLAŞ: