Hacıbala Abutalıbovdan vida çıxışı
25 May 2013 Şənbə 01:21
Hacıbala Abutalıbov: Bilirəm ki, tezliklə sizdən kimsə mənim yerimdə əyləşəcək.
Dünən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov toplantı keçirib. Press24.az-ın əldə etdiyi məlumata görə, iclasda bir çox rayonların icra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.
Hacıbala Abutalıbov mayın 10-da keçirilən Gül bayramının təşkilində fəal iştirak edənləri mükafatlandırılıb. Tədbirin yüksək səviyyədə keçməsində xidməti olan hər kəsə minnətdarlığını bildirən merin çıxışı zamanı səsləndirdiyi fikirlər isə toplantıya yığışanları sözün əsl mənasında şoka salıb.
“Bilirəm ki, tezliklə sizdən kimsə mənim yerimdə əyləşəcək. Arzum budur ki, məndən sonra başçı təyin olunacaq şəxsin yanına gedəndə məni ən azından qəbul etsin”, - deyə H. Abutalıbov bildirib
DOSTLARINLA PAYLAŞ: