Gülər Əhmədovanın avtomobilinə cərimə gəldi
23 Fevral 2013 Şənbə 16:51
DYP sabiq deputatın avtomobilinin düzgün parklanmadığını iddia edir.
İki gün əvvəl sabiq deputat Gülər Əhmədovaya məxsus 90 AL 909 dövlət nömrə nişanlı “KİA -Optima” maşını Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən cərimələnib. Bu barədə Moderator.az-a sabiq deputatın həyat yoldaşı Fikrət Əliyev məlumat verib. Onun sözlərinə görə, xeyli zamandır ki, Səbail rayonu Ü.Hacıbəyov küçəsi 40-da park edilmiş maşına dünən cərimə tətbiq edilib. Avtomobilin üzərində İnzibati Xəta Haqqında Protokolun surəti qoyulub. Protokolda yazılıb ki, “Yol hərəkəti haqqında” qanunun 53-cü maddəsinin tələbi pozulmaqla avtomobil düzgün park edilməyib. Törədilmiş xətaya görə, İnzibati Xətalar Məcəlləsinin 158-1.1 maddəsi ilə məsuliyyət nəzərdə tutulur.




DOSTLARINLA PAYLAŞ:

oyunlar