Gence şeheri işıqsız qaldı
13 May 2013 Bazar Ertəsi 14:17
Gence şeherinin bir hissesinde elektrik enerjisinin verilişi dayandırılıb.
Bu gün səhər saatlarından başlayaraq Gəncənin “İkinci hissə” adlanan ərazisinə elektrik enerjisinin verilişi dayandırılıb. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, şəhərin Adil İsgəndərov, Qoqol, Nəriman Nərimanov küçələrində təxminən 500-ə yaxın abonent elektrik enerjisiz qalıb. Gəncə Elektrik Şəbəkəsinin direktoru Əhməd Musayevin bildirdiyinə görə, elektrik təchizatının dayandırılmasına səbəb elektrik dirəklərinin dəyişdirilməsidir: “Şəhərin enerji təminatının daha da yaxşılaşdırılması üçün təmir işləri aparılır və bu işlər bundan sonra da davam edəcək”.

Məlumata görə, şəhərin elektrik enerjisi ilə tam təminatı günün sonuna kimi bərpa olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar