Ölkə

FHN ehaliye xeberdarlıq etdi

Küləkli və dalğalı havada dənizə girmək həyat və sağlamlıq üçün təhlükəlidir!

· Xəbərçi
FHN ehaliye xeberdarlıq etdi
Fövqəladə Hallar Nazirliyi növbəti dəfə əhaliyə xəbərdarlıq edib. ANS PRESS-in FHN-in saytına istinadən verdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin proqnozuna əsasən, iyulun 24-dən 26-sı gündüzədək Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin müşahidə olunacağını nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi istirahətini dəniz kənarında, çimərliklərdə keçirən insanlara şəxsi təhlükəsizliyin qayğısına qalmağı, küləkli və dalğalı havada dənizdə çimməməyi tövsiyə edir: “Küləkli və dalğalı havada dənizə girmək həyat və sağlamlıq üçün təhlükəlidir!”

Şərhlər