Elmar Hüseynovun 45 yaşı tamam olur
17 İyul 2012 Çərşənbə Axşamı 22:48
Doğum günündə jurnalistin xatirəsini tanıyanlar, həmkarları və yaxınları İkinci Fəxri Xiyabandakı məzarı başında yad edib.
Terror nəticəsində qətlə yetirilən tanınmış jurnalist, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun bu gün 45 yaşı tamam olur.

İxtisasca mühəndis olan E. Hüseynov jurnalist fəaliyyətinə 29 yaşında başlayır. Bir neçə il müxtəlif qəzet və jurnallarda işləyən E. Hüseynov “Monitor” junalının, “Bakinskiy Bulvar” və “Bakinskiye vedomosti” qəzetlərinin təsisçilərindən biri olur.

E. Hüseynov öz məqalələrində həm iqtidar, həm də müxalifət nümayəndələrini sərt tənqid edir. O, 2005-ci il martın 2-də öz evinin blokunda odlu silahla qətlə yetirilib. Ballistik ekpertiza silahdan 7 dəfə atəş açıldığını müəyyənləşdirib.

Respublika Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin açıqlamasına görə, Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyev qətldə şübhəli şəxslər hesab olunur və hazırda İnterpol xətti ilə dünyanın 180-dən artıq ölkəsində hər iki şəxsin barəsində beynəlxalq axtarış aparılır.

Bu gün doğum günündə E. Hüseynovun xatirəsini tanıyanlar, həmkarları və yaxınları İkinci Fəxri Xiyabandakı məzarı başında yad edib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar