Nicat Dağlar Metbuat Şurasına ve şexsen Eflatun Amaşova derin teşekkürlerini çatdırıb.
Bu gün Mətbuat Şurasının sədri Əflatun Amaşov Almaniyadan müalicədən qayıdan tanınmış jurnalist Nicat Dağları ziyarət edib.
Nicat Dağlar səhhətinin normal olduğunu, özünü çox yaxşı hiss etdiyini və ona göstərilən dəstəyə görə Mətbuat Şurasına və şəxsən Əflatun Amaşova dərin təşəkkürlərini çatdırıb.
Mətbuat Şurasının sədri öz növbəsində Nicat Dağları sağlam və aralarında görməyin çox böyük sevindirici olay olduğunu vurğulamaqla yanaşı dövlətin hər zaman öz jurnalsitinə sahib çıxdığını dilə gətirib. Əflatun Amaşov öz adından ölkə başçısı İlaham Əliyevə dərin təşəkkürünü bildirib, N.Dağların müalicəsini öz üzərinə götürməklə çox böyük və humanist bir addım atdığını xüsusi qeyd edib.
Qeyd edək ki, Nicat Dağlar Almaniyaya iyulun 26-da getmişdi. Xatırladaq ki, Nicat Dağların müalicəsinə lazım olan bütün xərcləri prezident İlham Əliyev öz üzərinə götürüb.