Dovğa saxtakarlığının qarşısı alınıb
14 Avqust 2013 Çərşənbə 19:04
940 litr saxta dovğa satışdan çıxarılıb.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakı şəhərində fiziki şəxs Məmmədov Hikmət Fəxrəddin oğluna məxsus istehsalat sahəsində yoxlama aparıb. ANS PRESS İqtisadi İnkişaf Nazirliyinə istinadən xəbər verir ki, Dövlət Xidməti tərəfindən aparılan yoxlama zamanı fiziki şəxs tərəfindən dovğanın gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi, habelə məhsulların markalanmasında istehsal tarixi və saxlama müddətlərinin göstərilmədiyi aşkar edilib.

Bundan başqa, fiziki şəxs tərəfindən başqa təsərrüfat subyektinin adından istifadə edilməklə saxta süd məhsullarının istehsal edildiyi də müəyyən edilib. Aşkar edilmiş 940 litr saxta dovğa satışdan çıxarılıb.

Qeyd olunanlarla əlaqədar Dövlət Xidməti tərəfindən Hikmət Məmmədov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar