Deputatları 7 məsələ gözləyir
13 May 2013 Bazar Ertəsi 16:49
Sabah Milli Məclisin plenar iclası keçiriləcək.
Sabah Milli Məclisin növbəti iclası keçiriləcək. Parlamentin mayın 14-ə təyin olunan plenar iclasının gündəliyinə 7 məsələ çıxarılacaq. Milli Məclisin sabahkı iclasında aşağıdakı məsələlər müzakirə olunacaq:

1. "Qara Dəniz Ticarət və İnkişaf Bankının təsis edilməsi haqqında Saziş"ə düzəlişlərin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

2. "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

3. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

6. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.

7. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin layihəsi haqqında.


DOSTLARINLA PAYLAŞ:

oyunlar