Bu gün hava daha da soyuyacaq, şaxta olacaq
10 Yanvar 2013 Cümə Axşamı 03:29
Ölkə ərazisində qar yağacağı, bəzi rayonlarda intensivləşəcəyi, yolların buz bağlayacağı gözlənilir.
Bu gün Bakıda və Abşeron yarımadasında soyuq hava şəraitinin davam edəcəyi, arabir qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 7-12, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Hava şəraitinin qısa icmalı: Gözlənildiyi kimi respublikanın şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişmiş, yanvarın 8-də axşam və 9-da gecə və səhər intensiv qar müşahidə olunub. Yanvarın 10-da hava şəraitinin daha da kəskinləşəcəyi, şaxtalı keçəcəyi, ölkə ərazisində qar yağacağı, bəzi rayonlarda intensivləşəcəyi, yolların buz bağlayacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar