Bakıda sürücü ilə sərnişin 5 qəpik üstündə dalaşdı
03 May 2013 Cümə 23:33
Hadisə Neftçilər metrosundan Mərdəkən istiqamətində hərəkət edən 141 saylı marşrut avtobusunda baş verib.
Avtobus sürücüsü ilə sərnişin arasında 5 qəpik üstündə dava düşüb. Hadisə Neftçilər metrosundan Mərdəkən istiqamətində hərəkət edən 141 saylı marşrut avtobusunda baş verib. Binə qəsəbəsində dayanacaqda düşmək istəyən sərnişin Mahir Cəbiyev, Namiq adlı avtobus sürücüsünə 30 qəpik verib. Lakin sürücü gediş haqqının 35 qəpik olduğunu bildirib.

Sərnişin üstündə pul olmadığını deyəndə, avtobus sürücüsü tərəfindən təhqirə məruz qalıb və tərəflər arasında dava baş verib.

Nəticədə, sürücü və sərnişin Xəzər rayonunun 1 saylı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Dava iştirakçıları ifadə verdikdən sonra barışıblar və sərbəst buraxılıblar.



DOSTLARINLA PAYLAŞ:

oyunlar