Mitinqdə müxalifət Milli Şuranın elan olunmasını növbəti dəfə təxirə salıb.
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 95 illik yubileyi ilə bağlı Novxanıda yürüş keçirilib. “Qafqazinfo”nun məlumatına görə, bu gün uzun zamandan bəri müzakirə olunan Milli Şuranın elan olunması gözlənilsə də ACP lideri Sülhəddin Əkbər elanın 1-2 gün sonra baş tutacağını qeyd edib. Yürüşdə Müsavat başqanı İsa Qəmbər, partiya üzvləri Gülağa Aslan, Arzu Səmədbəyli, AXCP sədri Əli Kərimli, El Hərəkatının sədri Eldar Namazov onun üzvləri Eldəniz Quliyev, Səfər Quliyev iştirak ediblər.
AXC və Müsavat partiyalarının üzvləri M.Ə.Rəsulzadənin abidəsi önündə birləşib Milli Şuraya Dəstək, Azadlıq şüarları səsləndiriblər.