Bakıda isti davam edəcək
26 İyul 2012 Cümə Axşamı 03:14
Paytaxtda hava küləkli olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Merkez.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, havanın temperaturu gecə 23-26, gündüz 30-35 dərəcə isti təşkil edəcək.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.

Hava şəraitinin qısa icmalı: Abşeron yarımadasında hava şəraitinin isti olacağı, mülayim şimal küləyinin əsəcəyi gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar