Bakıda emolar ananı balasına həsrət qoydular
15 May 2013 Çərşənbə 10:45
Qızım emolara qoşularaq saçlarını kök rənginə boyayıb, məktəbdən imtina edib.
Bakının Yasamal rayonunda yeniyetmə qız yoxa çıxıb. Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, A.Ağayev küçəsi 42 saylı evdə yaşayan 15 yaşlı Günay Abdullayeva evdən çıxıb və geri qayıtmayıb.

Yasamal RPİ-nin 26-cı polis bölməsindən bildirilib ki, G.Abdullayevanın anası qızının itkin düşməsi ilə bağlı polisə məlumat verib. O deyib ki, qızı emolara qoşularaq saçlarını kök rənginə boyayıb və məktəbdən imtina edib. Xeyli müddətdir evdən qaçıb, Bakının mərkəzi parklarında qrup halında dolaşan emolarla birlikdədir.

Hazırda G.Abdulayevanın axtarışı davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar