Bakı-Kiyev dəmir yolu reysinin açılışı məsələsi 2013-cü ilin yazında müzakirə oluna bilər. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına "Azərbaycan Dəmir Yolları" ASC-nin mətbuat katibi Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, bu reys sərnişinlərin az olması səbəbindən bir il əvvəl bağlanıb.
"Vaqonlarımızın standartlara cavab verməməsi, vaqonlarda antisanitariyanın hökm sürməsi ilə bağlı reysin bağlanması haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil. Axı bizim qatarlar başqa şəhərlərə, misal üçün Xarkova gedir", - o əlavə edib.
Nadir Əzməmmədov onu da deyib ki, cəmiyyətin 50-yə qədər vaqonu təmir üçün Dnepropetrovsk vaqon təmiri zavoduna göndərilib. 15 vaqon artıq təmir olunub və Bakıya qayıdıb. İndi həmin vaqonlar Gürcüstan istiqamətində istifadə olunur.
Bakı - Kiyev reysinin taleyinə aydınlıq gətirildi
Bu reys sərnişinlərin az olması səbəbindən bir il əvvəl bağlanıb.




Şərhlər