Azərsu işçi qəbulu elan edir
20 İyul 2012 Cümə 15:34
Tələblərə görə namizədlərin inşaat mühəndisliyi üzrə ali təhsili, bu sahədə minimum 3 il iş təcrübəsi olmalıdır.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri üzrə işlərdə tikintiyə texniki nəzarəti həyata keçirmək üçün müvafiq ixtisaslı işçilərin işə qəbulunu elan edir. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu kateqoriyadan olan işçilər tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına, normativ sənədlərə uyğun olaraq texnoloji ardıcıllıqla və keyfiyyətlə icrasına nəzarət edir, layihə-smeta sənədləri üzrə arayış, çertyoj və hesabatlar hazırlayır.

Tələblərə görə namizədlərin inşaat mühəndisliyi üzrə ali təhsili, bu sahədə minimum 3 il iş təcrübəsi olmalıdır. Namizədlər tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri, inşaat işlərinin təşkili və planlaşdırılması prinsiplərini, inşaat norma ve qaydalarını, eləcə də texniki şərtləri bilməlidir. Bununla yanaşı namizədlər müvafiq kompyuter biliklərinə (MS Office, İnternet, Outlook. AutoCAD) malik olmalıdır.

Maraqlananlar şəxsi məlumatlarını (CV) [email protected] e-mail ünvanına göndərə bilərlər. Əlavə məlumat üçün əlaqə telefonu (012) 431-47-67.


DOSTLARINLA PAYLAŞ:

oyunlar