Azərbaycanlı qanuni oğru Vaxa operativ əməliyyat nəticəsində saxlanılıb.
Azərbaycan əsilli "qanuni oğru" Ukraynadan deportasiya edilib. ANS PRESS-in "Praym Kraym" agentliyinə istinadla verdiyi məlumata görə, Baxış Əliyev bu gün səhər növbəti dəfə ölkədən çıxarılıb. 38 yaşlı Rusiya vətəndaşı "qanuni oğru" daha çox “Vaxa” ləqəbi ilə tanınır.
O, Kiyevdə, "Elm" prospektində keçirilən operativ əməliyyat zamanı saxlanılmışdı. Onunla bərabər mühafizəçisi olan daha 5 azərbaycanlı da tutulub. Bu gün səhər onlar Ukraynadan Antaliyaya göndəriliblər.
Qeyd edək ki, yarım il ərzində B.Əliyevin Ukraynadan 3-cü deportasiyasıdır. O, Ukraynada bir müddət öncə öldürülən "Ded Xasan"ın yaxını hesab edilir.