Azerbaycanlı nazir ölkede ilke imza atır
23 May 2013 Cümə Axşamı 05:13
Fizuli Ələkbərov "Facebook"da vətəndaş müraciətlərini cavablandıracaq.
Əhaliyə xidmət, o cümlədən vətəndaş müraciətlərinin cavablandırılması sisteminin təkmilləşdirilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron imkanlardan da istifadə olunmaqla məqsədyönlü işlər davam etdirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu sahədə növbəti addım kimi, nazirliyin rəsmi "Facebook" səhifəsi vasitəsilə də vətəndaşlara nazir və nazirliyin digər rəhbər şəxslərinə müraciət etmək imkanı yaradılır. Belə ki, mayın 24-də saat 11:00-dan 13:00-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi "Facebook" səhifəsində nazir Fizuli Ələkbərov tərəfindən vətəndaşların sualları cavablandırılacaq. Bunun üçün 22 may saat 15:00-dan 23 may saat 15:00-a kimi vətəndaşların müraciətləri qəbul ediləcək.

Qeyd edək ki, nazir və nazirliyin digər rəhbər şəxsləri tərəfindən mütəmadi olaraq müxtəlif bölgələrdə vətəndaş qəbulları, habelə videokonfrans sistemi ilə distant formada qəbullar keçirilir, eyni zamanda, 142-Qaynar xətt, [email protected] və www.mlspp.gov.az sayti vasitəsilə vətəndaşların müraciətləri cavablandırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar