Azərbaycanda sirkə istehsalçısı cərimələndi
10 Aprel 2013 Çərşənbə 16:35
Mənşəyi məlum olmayan 4 min litr sirkə satışdan çıxarılıb.
Azərbaycanda sirkə istehsalçısı cərimələnib. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, H.Aslanov küçəsi, ev 1 ünvanında fəaliyyət göstərən Kamil Hacıyevə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı həmin istehsalat sahəsində sirkə istehsalı üçün müvafiq avadanlıqların olmadığı və sirkə istehsal edilmədiyi, mənşəyi məlum olmayan, 0,5 və 3 litrlik plastmas qablarda qablaşdırılmış sirkələrin guya Kamil Hacıyev tərəfindən ona məxsus istehsalat sahəsində istehsal edildiyi barədə məhsulların etiketində yanlış məlumatların verildiyi müəyyən edilib.

Yoxlama zamanı aşkar edilmiş mənşəyi məlum olmayan və etiketində istehlakçılara mənşəyi barədə yanlış məlumat verilən 4 min litr sirkə satışdan çıxarılıb.

Əmtəənin mənşəyi və sahibkarın şəxsiyyəti barədə yanlış və əsassız məlumatlar verərək istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə Kamil Hacıyev barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar