Bu gündən etibarən ölkə ərazisində havanın temperaturu düşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, artıq Azərbaycanın paytaxtı və rayonlarında yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Yaxın 2-3 gün ərzində də ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək, yağış yağacaq. Bu günlər ərzində havanın temperaturunun ötən günlərlə müqayisədə 3-5 dərəcə enməsi gözlənilir.
Azərbaycanda hava şəraiti dəyişir
Bu gündən temperatur 3-5 dərəcə enəcək, yağış yağacaq.




Şərhlər