Azərbaycan hökuməti tapşırıq verib
14 May 2013 Çərşənbə Axşamı 23:30
"Meliorasiya və Su Təsərrüfatı" ASC dövlət ehtiyacları üçün ərazilər almalıdır.
Azərbaycan Nazirlər Kabineti "Meliorasiya və Su Təsərrüfatı" ASC-yə dövlət ehtiyacları üçün ərazilər əldə etməyi tapşırıb. Bu barədə Nazirlər Kabinetinin saytında dərc olunan qərarın mətnində bildirilir.
Nazirlər Kabinetinin 3 may tarixli qərarına görə, Şabran, Siyəzən, Ağsu, İsmayıllı, Masallı, Yardımlı, Lerik və Cəlilabad rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədi ilə tikili və qurğuların inşa ediləcəyi əraziləri dövlət ehtiyacları üçün alan orqan "Meliorasiya və Su Təsərrüfatı" ASC müəyyən edilib.
Qərara görə, Nazirlər Kabineti ASC-yə həmin ərazilərin alınması ilə bağlı hazırlıq tədbirlərinin görülməsini və bu məsələ üzrə təkliflərini hökumətə təqdim etməyi tapşırıb.
DOSTLARINLA PAYLAŞ: