Aynur kafesinde priton emeliyyatı
14 Avqust 2013 Çərşənbə 07:37
Miriş Nağıyevin hemin kafede exlaqsız yuvası teşkil etmesi aşkar edilib.
İmişli rayonunda insan alveri ilə bağlı əməliyyat keçirilib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən məlumat verilib.
Məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayonu, Qulubəyli kəndinin ərazisində yerləşən “Aynur” kafesində gəlir əldə etmək məqsədilə qadınların fahişəliyə cəlb edilməsi və həmin kafedə əxlaqsızlıq yuvası təşkil edilərək saxlanması faktı müəyyən edilib.
Həmçinin müəyyən edilib ki, həmin kafenin sahibi İmişli rayon sakini, 1978-ci il təvəllüdlü, Miriş Nağıyevdir. Miriş Nağıyevin həmin kafedə əxlaqsız yuvası təşkil etməsi aşkar edilib. O, həbs edilib.
Faktla bağlı araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: