İrəvan xalçaları Rusiyada
22 İyul 2014 Çərşənbə Axşamı 12:16
Vidadi Muradovun "Azərbaycan xalçalarının İrəvan qrupu" (Эриванская группа азербайджанских ковров) adlı məqaləsi nəşr olunub.
Bu günlərdə Rusiyanın nüfuzlu elmi nəşrlərindən biri olan "Müasir elmi fikir" ("Современная научная мысль") jurnalının Tarix bölməsində Azərbaycanın əməkdar incəsənət xadimi, professor Vidadi Muradovun "Azərbaycan xalçalarının İrəvan qrupu" (Эриванская группа азербайджанских ковров) adlı məqaləsi nəşr olunub. “Azər-ilmə” MMC-dən ANS PRESS-ə verilən məlumata görə bu Rusiya elmi nəşrlərində Azərbaycan xalçalarının İrəvan qrupu haqqında verilən ilk obyektiv informasiya, elmi məqalədir. Professor V.Muradov məqalədə tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının inzibati sərhədləri, əhalisinin etnik tərkibi, məşğuliyyəti, bu bölgədə inkişaf etmiş sənətkarlıq sahələri, o cümlədən xalçaçılıq və boyaqçılıq haqqında geniş məlumat təqdim edib.

Xovlu və xovsuz xalçaları Ağbaba, Şörəyel, Loru, Pəmbək, Şəmşəddin, Göyçə, Gərnibasar, Vedibasar, Qırxbulaq, Əştərək, Zəngəzur, Dərələyəz və s. kimi mahallar, İrəvan şəhəri üzrə təsnifata cəlb etmiş alim, onların təkamülünü tarixi, ədəbi kontekstdə, folklor nümunələri, adət-ənənələr zəminində tədqiqata cəlb edib. Məqalədə İrəvan xalçalarının digər xalça qruplarına aid nümunələrlə oxşar və fərqli cəhətlərinin geniş şəkildə təhlili, semantik xüsusiyyətlərinin müqayisəsi, naxış-ornamnet sisteminin izlənməsi İrəvanın, bütövlükdə hal-hazırda Ermənistan Respublikası adlanan ərazinin qədim Azərbaycan torpağı olması faktına kultroloji istinad rolunu oynayır.

Jurnalın təsisçisi Rusiya Tarix, iqtisadiyyat və Hüquq elmi tədqiqat İnstitutu, baş redaktoru isə tarix elmləri doktoru, professor İqor Turitsindir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar