Ziyafət Əsgərov: "Ərdoğana minnətdarıq"
09 Dekabr 2009 Çərşənbə 15:20
Ziyafət Əsgərov: "Ərdoğana minnətdarıq. Ərdoğanın Obama qarşısında qaldırdığı məsələ də Azərbaycanın haqq işinin qələbəsi ilə nəticələnəcək"
Azərbaycan tərəfi Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Barak Obama ilə keçirdiyi görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələni müzakirə etməsini yüksək qiymətləndirir.

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərovun sözlərinə görə, Türkiyə Baş nazirinin Amerika prezidentinə Türkiyə-Ermənistan münasibətlərinin Qarabağ münaqişəsinin həllindən asılı olduğunu bildirməsi Bakıda məmnunluqla qarşılanır .

"Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana öz minnətdarlığımızı bildirmək istəyirik. O, doğurdan da Azərbaycanda və Türkiyədə dediyi kimi ABŞ-ı prezidenti ilə görüşündə Dağlıq Qarabağ məsələsini xüsusilə qabardıb. Birmənalı olaraq qeyd edib ki, bu məsələnin həlli Ermənistan-Türkiyə yaxınlaşması ilə çox bağlıdır. Qarabağ münaqişəsinin həlli olmadan Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması söhbəti gedə bilməz", deyə Z.Əsgərov bildirib.

Onun sözlərinə görə, onun Barak Obamanın bu məsələyə münasibəti haqda məlumatımız yoxdur.

Ziyafət Əsgərov: "Hər halda danışıqların ümumi fonundan mən belə hiss elədim ki, Amerika Birləşmiş Ştatlarının Yaxın Şərqdə Türkiyəyə böyük ehtiyacı var. Siz bilirsiniz ki, bu gün İraq, Əfqanıstan və Pakistanda hadisələr təəssüf ki, yaxşı istiqamətdə inkişaf etmir. O, burda Amerika Birləşmiş Ştatlarını razı sala bilməz. Bu mənada bir müttəfiq kimi Türkiyənin Amerikanın siyasətində oynadığı rol prioritetdir. Mən əminəm ki, Qarabağ münaqişəsində Ərdoğanın Obama qarşısında qaldırdığı məsələ də Azərbaycanın haqq işinin qələbəsi ilə nəticələnəcək". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar