Ziyafət Əsgərov: "24 apreli sağmal inəyə çeviriblər"
12 Fevral 2010 Cümə 13:55
Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov ABŞ-a müraciət edib
“Bu gün Ermənistana təzyiq göstərmək əvəzinə, Türkiyəyə təzyiq edirlər. ABŞ Konqresinin komitəsi qondarma “soyqırım” barədə məsələni gündəliyə daxil edib. Hər ilin aprel ayında bu uydurma “soyqırım” məsələsini müzakirə edirlər. 24 apreli sağmal inəyə çeviriblər. ABŞ Konqresinə müraciət edərək deyirəm: Bu, onların işi deyil, tarixi məsələdir. Qoy bu işi tarixçilər araşdırsın”. APA-nın xəbərinə görə, bu bəyanatı Milli Məclisin iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov səsləndirib. O bildirib ki, hər ilin aprelində Türkiyəni şantaj etməyə çalışırlar: “Mən soruşmaq istəyirəm: Bəs Xocalı soyqırımını niyə tanımırsınız? Axı bu faciə bütün dünyanın gözü qarşısında baş verib. Əminəm ki, ABŞ Konqresi bu məsələyə baxmayacaq”.

Z. Əsgərovun fikrincə, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana təzyiq göstərməlidir: “Məsələ artıq son mərhələyə daxil olub. Hamı bilir ki, Ermənistan müstəqil dövlət deyil, Rusiyanın quberniyasıdır. Biz bu məsələnin uzadılmasını istəmirik. Əks halda, problemin digər yolla həlli qaçılmazdır”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar