Siyasət

Zakir Həşimov iş yerini dəyişib

Zakir Həşimov ölkəmizin Qazaxıstandakı səfiri vəzifəsinə təyinat alıb.

· Xəbərçi
Zakir Həşimov iş yerini dəyişib
Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezident İlham Əliyevin imzaladığı sərəncamla Zakir Arif oğlu Həşimov Azərbaycan Respublikasının Türkiyə Respublikasında və Makedoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb və Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. ANSPRESS


Şərhlər