Yusif Bağırzadə AMİP-in sədri seçilib
10 İyul 2010 Şənbə 19:40
Alternativsiz namizəd Yusif Bağırzadə 193 səs toplayıb.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Bakıda keçirilən X Qurultayı başa çatıb. Qurultayda partiyaya yeni sədr seçilib. 197 qurultay nümayəndəsinin qatıldığı səsvermədə 193 səs toplayan alternativsiz namizəd Yusif Bağırzadə AMİP-in yeni sədri olub. Onun əleyhinə 2 nəfər səs verib, 2 bülleten isə etibarsız sayılıb.

Qurultayda partiyanın 75 nəfərdən ibarət Mərkəzi Şurası və 9 nəfərdən ibarət Mərkəzi İntizam Komissiyasının yeni tərkibi də müəyyənləşib. Mərkəzi Şuranın sabah keçiriləcək iclasında Siyasi Şura formalaşdırılacaq və baş katib seçiləcək.

Qeyd edək ki, AMİP-in qurultayına partiyanın 64 rayon təşkilatından 237 nümayəndə seçilib və onların 201 nəfəri toplantıya qatılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar